Şəhriyarın ilk rəqibi braziliyalı oldu

Soçidə şahmat üzrə dünya kuboku davam edir. Allsport.az xəbər verir ki, Gülnar Məmmədova estoniyalı Mai Narvanı tay-brekdə 4,5:3,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

O, 1/32 finalda gürcüstanlı Lela Javakişvili üz-üzə gələcək. Günay Məmmədzadə isə 1/32 finalda sloveniyalı Laura Unuk ilə qarşılaşacaq.

Vasif Durarbəyli isə 1/64 finalda rusiyalı Aleksandr Predke ilə görüşəcək. Bu mərhələdən mübarizəyə başlayacaq Şəhriyar Məmmədyarovun da rəqibi müəyyənləşib. Şahmatçımız Braziliya təmsilçisi Krikor Sevaq Mexitarian ilə qarşılaşacaq. Nicat Abasov isə ermənistanlı Şant Sarqsyanla üz-üzə gələcək.

Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva mübarizəni dayandırıblar.

Həmin kateqoriyadan