Şəhriyarla Teymur dünya əmsalında mövqeyini qoruyub

FİDE yeni reytinq siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmatçıları dünya reytinqində mövqelərini qoruyublar.

Şəhriyar Məmmədyarov (2757 xal) 10-cu, Teymur Rəcəbov (2747 xal) 15-ci pillədədirlər. Kişilərdə ilk 100-lükdə daha bir təmsilçimiz yer alıb – Qədir Hüseynov (2661 xal) 85-cidir.

Qadınların əmsalında Günay Məmmədzadə 2473 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2408) 45-ci, Gülnar Məmmədova (2382 xal) isə 73-cü sıradadır.

Həmin kateqoriyadan