- Baxış sayı: 127
- 19 İyun 2026 18:40
- Baxış sayı: 41
- İyun 23, 2026
- 0
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində daha 5 turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov 10 turun nəticəsinə görə, 6 xalla 5-6-cı yerləri bölüşürlər.
16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.