- Baxış sayı: 127
- 19 İyun 2026 18:40
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Yanvarın 11-də Niderlandın Veyk-an Zee şəhərində dünyanın ən mötəbər turnirlərindən olan Tata Stell Chess-2019″ start götürəcək. Allsport.az saytı xəbər verir ki, 81-ci dəfə keçiriləcək yarışda bizdən Şəhriyar Məmmədyarov (2817) və Teymur Rəcəbov (2757) iştirak edəcəklər.
Digər güclü şahmatçılardan dünya çempionları Maqnus Karlsen (2835; Norveç), Vişvanatan Anand (2773; Hindistan) və Vladimir Kramnik (2777; Rusiya); Dinq Liren (2813; Çin), Aniş Giri (2783: Niderland) mübarizə aparacaqlar.
Rəqabət dairəvi sistemlə 14 turdan ibarət olacaq. 12 tur Veyk-an-Zee, 5-ci turun oyunları Alkmar, 10-cu turun oyunları isə Leyden şəhərlərində keçirilməsi planlaşdırılır.