Şəhriyarla Teymur mübarizəyə başlayır

Bu gün dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti turniri başlayacaq. Allsport.az xəbər verir ki, “Newin Chess Classic” adlanan turnirdə iki şahmatçımız – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaq.

Şahmatçılarımızın rəqibləri Maqnus Karlsen, amerikalı şahmatçılar Hikaru Nakamura, Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem, ingiltərəli Qeveyn Cons və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha olacaqlar.

16 şahmatçının mübarizəyə qatılacağı turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edəcək. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Həmin kateqoriyadan