ŞəhriyarMəmmədyarovla Teymur Rəcəbov dünya mükafat yarışına qatılacaq

Dünya birinciliyi yarışlarını təşkil etmək hüququna malik olan “Aqon” şirkəti bu il mükafat seriyasına qatılacaq 24 iştirakçının adlarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bu siyahıda şahmatçımız, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıblar. Millimizin üzvlərinə Maksim Vaşye-Laqrav, Hikaru Nakamura, Aniş Giri, Din Lijen, Pavel Elyanov, Pentala Harikrişna, Maykl Adams, Levon Aronyan, Yan Nepomnyaşşi, Pyotr Svidler, Aleksandr Qrişşuk, Vey İ, Ernesto İnarkiyev, Boris Gelfand, Li Çao, Yevgeni Tomaşevski, Dmitri Yakovenko, Fransisko Valyexo, Rixard Rapport, Aleksandr Ryazantsev, Saleh Salem, Yon Lüdviq Hammer rəqib olacaqlar.

İştirakçılar reytinq üzrə seçilib, şəxsən dəvət edilib. Bir nəfəri Şahmat Peşəkarları Assosiasiyası təqdim edib. Onların hər biri 4 turnirdən ibarət qran-pri yarışının 3-ündə iştirak etməlidir. Mücadilə fevralın 18-27-də BƏƏ-nin Şarca, mayın 12-21-də Moskva, iyulun 6-15-də İsveçrənin Cenevrə, noyabrın 16-25-də İspaniyanın Palma de Mayorka şəhərlərində keçiriləcək.

Həmin kateqoriyadan