Şəmkir turnirinin bütün iştirakçıları bilindi

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə Şəmkir beynəlxalq turnirinin iştirakçıları məlum olub. Allsport.az saytı xəbər verir ki, ardıcıl 3-cü dəfə təşkil olunacaq yarışda dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan) və Xou İfan (Çin) mübarizə aparacaq.

Bizdən bu sınaqda Azərbaycan millisinin üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov iştitak edəcəklər. Təqviminin sıxlığına görə dünya çempionu, Şəmkir turnirinin ikiqat qalibi Maqnus Karlsen bu dəfə yarışa qatılmayacaq.

Vüqar Həşimovun xatirə turnirinin açılış mərasimi mayın 25-də olacaq. İlk tur mayın 26-də start götürəcək. 9 turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq.

Həmin kateqoriyadan