- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bişkekdəki Uşaq Şahmat Mərkəzində pulsuz ustad dərsləri keçmək üçün, Azərbaycandan beynəlxalq dərəcəli qrossmeyster Sərxan Quliyev xüsusi dəvət edilib. Allsport.az saytının xəbərinə görə, bu barədə mərkəzin rəhbəri Bəxtigül Tilenbayeva məlumat verib.
O bildirib ki, artıq səkkiz gündür Sərxan Quliyev mərkəzin 18 istedadlı şahmatçısına bu qədim idman növünün sirlərini öyrədir. Bu il dünya çempionatında Qırğızıstandan 8 nəfər iştirak edəcək və onlardan 7-si Uşaq Şahmat Mərkəzinin şagirdidir.