- Baxış sayı: 65
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Bric”in təsis etdiyi “Sabah” şahmat akademiyasının açılışı olub. Tədbirdə Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, “Bric” şirkətlər qrupunun təsisçisi Yaqub Hüseynov və müxtəlif yaş kateqoriyalarında dünya çempionları, milli komandanın üzvləri iştirak edib.
Açılışdan sonra 20 yaşlılar arasında rapid üzrə dünya çempionu Gövhər Beydullayeva, eyni yaşda blits üzrə dünya çempionatının qalibi Məhəmməd Muradlı, gənclər arasında dünya çempionu Abdulla Qədimbəyli və dünya kubokunun yarımfinalçısı Nicat Abbasov uşaqlara master-klass keçirib.