“Şah” əsgərlərə səsləndi: Hər birimiz sizinləyik, sizə inanırıq, siz qalib gələcəksiniz!

Dünya şöhrətli şahmatçımız Şəhriyar Məmmədyarov Vətənin azadlığı uğrunda mübarizə aparan əsgərlərə müraciət edib. Allsport.az saytı xəbər verir ki, 3-qat Avropa şempionu bu barədə özünün Feysbuk səhifəsində paylaşım edib:

“Mənə görə bir vətəndaşı qələbəyə aparan əsas iki qüvvə var: Xalqın dəstəyi, özünəinam və ruh yüksəkliyi. Üzümü əsgərlərimizə tutub deyirəm. Xalqımız, hər birimiz sizinləyik, hər an fikrimiz sizin yanınızdadır və qəlbimiz sizlərlə döyünür. Biz sizə inanırıq. Ruhunuzu yüksək tutun və inanın, siz qalib gələcəksiniz. Çünki yolunuz haqq yoludur və haqq mütləq qalib gələcək.

Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır! Qələbə bizimdir!”

Həmin kateqoriyadan