Böyük “Şah”mat turuna dəvət alıb

Ənənəvi “Grand Chess Tour” super seriyasının təşkilatçıları yeni mövsüm üçün tədbirlər planını açıqlayıblar. Allsport.az saytı xəbər verir ki, bu rəqabət 8 yarışdan ibarət olacaq. Turnirə 12 şahmatçı dəvət olunub. Siyahıda Şəhriyar Məmmədyarov da var.

Ondan savayı, norveçli dünya çempionu Maqnus Karlsen, amerikalılar Fabiano Karuana, Hikaru Nakamura və Vesli So, fransalı Maksim Vaşe-Laqrav, çinli Dinq Liren, rusiyalı şahmatçılar Yan Nepomnyaşi və Vladimir Kramnik, ermənistanlı Levon Aronyan, niderlablı Aniş Giri və hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand var.

Ümumi mükafat fondu 1 milyon 750 min ABŞ dolları olan mücadilənin 1-ci zolağı mayın 6-dan 13-dək Fil Dişi Sahilinin paytaxtı Abicanda olacaq. Sonra yarışlar iyunun 24-dən iyulun 9-dək Zaqreb, iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində keçiriləcək. Final seriyası noyabrın 30-dan dekabrın 10-dək Londonda baş tutacaq.

Həmin kateqoriyadan