“Şah” dünya çempionu ilə sülh bağladı – hər 2 şahmatçı öncüllüyünü qoruyur

Niderlandın Veyk-an-Zey şəhərində şahmatçıların superturniri sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, bir günlük istirahətdən sonra qrossmeysterlər yenidən mübarizəyə qoşulublar. 11-cu turda Şəhriyar Məmmədyarov (2804) ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə (2834) üz-üzə gəlib.

Tərəflər Nimçoviç müdafiəsi oynayıblar. Partiya bərabər keçib və 31-ci gedişdə lövhədə artıq şah və 6 piyada qalıb. Durum eyni olduğundan, 38-ci gedişdə şahmatçılar sülh bağlayıblar.

Bu heç-heçəyə rəğmən, rəqiblər yarış cədbəlində öncüllüklərini qoruyublar. Hər 2 şətrənc ustasının 7,5 xalı var. Qeyd edək ki, həmyerlimiz 14 iştirakçı arasında ən çox qalib gələn (5) qrossmeyster olaraq qalır.

Həmin kateqoriyadan