«Şah» Dünya Kubokunun 1/8 finalına çıxdı!

Bakıda keçirilən Dünya Kubokunun 1/16 final mərhələsində hindistanlı Seturaman Panayapanı 2 oyunun nəticəsinə əsasən məğlub edən şahmatçımız Şəhriyar Məmmədyarov, növbəti mərhələyə adlayıb.

Allsport.az saytı xəbər verir ki, dünən ağ fiqurlarla rəqibini üstələyən «Şah» bu dəfə heç-eçə hilə kiyayətlənib. Sabah Azərbaycanlı qrossmeyster istirahət edəcək. Onun rəqibi mərhələ tam başa çatdıqlan sonra bilinəcək.

Digər təmsilçilərimizə gəlincə, Teymur Rəcəbov Rusiya qrossmeysteri Pyotr Svidlerlə 2-ci partiyada da xalı yarıya bölüb. Qalib sabah keçirilən tay-brekdə məlum olacaq.

Qədir Hüseynov dünən Çin təmsilçisi Dinq Liren ilə heç-heçə etsə də, bu gün uduzaraq yarışla vidalaşıb.

Həmin kateqoriyadan