“Şah” ermənistanlı Levon Aronyana növbəti dəfə qalib gəldi, bürünc medal qazandı

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində Şəhriyar Məmmədyarov bürünc medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, o, 3-cü yer uğrunda görüşdə Ermənistan şahmatçısı Levon Aronyanla cavab matçında 2,5:0,5 qələbə qazanıb.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

Həmin kateqoriyadan