- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FİDE-nin qran-pri seriyasının 1-ci mərhələsi sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, bu gün 8-cı turda millimizin üzvü Şəhriyar Məmmədyarov (2766) qara fiqurlarla rusiyalı Aleksandr Qrişuka (2742) uduzub.
Yarış ərzində ilk yenilgisini alan qrosmeysterimiz xalını (4,5) artıra bilməyib, zirvədən 3-cü sıraya düşüb. Sabah “Şah” ağlarla qadınlar arasında dünya çempionu Hoy Yufanla qarşılaşacaq.