“Şah” irəliləyə biləcəkmi?

Bu gün Dohada şahmatçılar arasında «Qatar Masters Open» beynəlxalq turnirində 3-cü tur start götürəcək. Allsport.az saytı xəbər verir ki, 7 təmsilçimizin yer aldığı rəqabətdə, hələlik ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdur. Digər qrossmeysterlrimiz də hesabat turunda irəliləməyə çalışacaqlar.

3-cü tur

Şəhriyar Məmmədyarov – David Anton Quixaro (İspaniya)
Qədir Hüseynov – Yuri Kuzubov (Ukrayna)
Rauf Məmmədov – Erik Hansen (Kanada)
Günay Məmmədzadə – Vasif Durarbəyli
Eltac Səfərli – Aleksandr Seyb (Almaniya)
Zeynəb Məmmədyarova – Çitambaram Aravindh (Hindistan)

Yarış cədvəli: 1-3. Aniş Qiri (Niderland), Maksim Vaşye-Laqrav (Fransa), Yuri Krivoruçko (Ukrayna) – 2 xal, 28. Şəhriyar Məmmədyarov (Azərbaycan) – 1,5.

Həmin kateqoriyadan