“Şah oğlan”la harada görüşmək olar?

Bakı Şahmat Olimpiadasının maskotu “Şah oğlan” hər gün (bazar ertəsindən başqa) “28 Mall”, “Park Bulvar” və “Metro Park” ticarət mərkəzlərində yolunuzu gözləyir. Allsport.az saytı xəbər verir ki, bu məkanlarda həmçinin Bakı Şahmat Olimpiadasının məlumat mərkəzləri fəaliyyət göstərir.

Mötəbər yarışla bağlı istənilən suala həmin mərkəzdə cavab tapa bilərsiniz. “Şah oğlan”la saat 15-dən 18-ə qədər alış-veriş mərkəzlərində, 19-dan 21-ə qədər isə Dənizkənarı Milli Parkda və Fəvvarələr Meydanında görüşmək imkanınız var.

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılışı sentyabrın 1-də olacaq. Bu mərasim Milli Gimnastika Arenasında keçiriləcək.

Həmin kateqoriyadan