«Şah» Rusiyada qalib dönür

Azərbaycan millisinin aparıcı üzvü Şəhriyar Məmmədyarov növbəti uğurunu Rusiyada qazanıb. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz dünya çempionu Mixail Talın xatirəsinə həsr olunmuş sürətli şahmat yarışında baş mükafata sahib çıxıb. Tanınmış qrossmeyster bu qələbəsini öz facebook səhifəsində də paylaşıb.

Şəhriyar Məmmədyarov növbəti uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz bu dəfə Rusiyada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq blits yarışının qalibi olub.

Nəzərinizə çatdıraq ki, bu rəqabətdə12 zəka sahibi mübarizə aparıb. Turnirin ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edib. «Şah» 22 matçdan 16 xal yığıb. 2- yeri rusiyalı Aleksandr Qrişukun olub. O, şahmatçımızdan yarım geri qalıb.

Həmin kateqoriyadan