“Şah” yenə Kasparovu yendi. Bu dəfə 26 gedişə

Zaqrebdə “Böyük şahmat turu” seriyasında blits (5 dəqiqə + 3 saniyə) başa çatıb. Allsport.az saytı xəbər verir ki, rapiddə (25 dəqiqə + 10 saniyə) 6-cı olan Şəhriyar Məmmədyarov, bu növdə də 10 xalla 4-6-cı, ümumi hesabda 19 xal ilə 6-cı yeri tutub.

İlk dövrənin 6-cı turunda 28 illik karyerasında ilk dəfə Bakı şahmat məktəbinin yetirməsi, 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşan qrossmeysterimiz, 7 gedişə onu yenərək dünya səhnəsində böyük diqqət çəkmişdi.

Sevindirici haldır ki, həmyerlimiz 15-ci turda da bakılı idmançıya qalib gəlib. Bu dəfə partiya 26 gedişdən ibarət olub.

Yarışın mükafat fondu 150000 dollar olub. Qalib fransalı Maksim Vaşye-Laqrav 37500 qazanıb.

Həmin kateqoriyadan