“Şah”dan şahanə addım: “28 ildir hər zaman Kasparovla oyunu gözləyirdim. O, dahi şahmatçıdır”

Zaqrebdə “Böyük şahmat turu” seriyasında Bakı şahmat məktəbinin yetirməsi, 13-cü dünya çempionu Harri Kasparova sürətli şahmatda (5 dəqiqə + 3 saniyə) 7 gedişə qalib gələn Şəhriyar Məmmədyarov, növbəti dəfə alicənablıq göstərərək, rəqibinin doğulub-böyüyüb başa çatdığı ölkəyə qarşı qərəzli fikirdə olmasına rəğmən, onun barədə yüksək fikirdə olub.

Allsport.az saytı xəbər verir ki, qrossmeysterimiz qələbəsini belə şərh edib: “28 ildir şahmatla məşğul oluram. Tarixdə ən sevdiyim şahmatçi Kasparov olub. Oyunları inanılmaz idi. 28 ildir hər zaman onunla görüşü gözləyirdim. Və cəmi 7 gedişə qalib gəldim.

Bu isə, hər 4 ilə 2 gediş deməkdir! ( Ağ-qara) Siz hələ də dostunuzla şahmat oynayanda, bir az tez oyna deyirsiz? Sizləri dəstəyiniz üçün çox sevirem. O, dahi bir şahmatçıdır. Biz isə, tarixin bir parçası”.

Həmin kateqoriyadan