“Şah”ın dünya şahmat tacına iddiaçıların yarışı ərəfəsində son sınağı

2-5 martda Şəhriyar Məmmədyarov (2814) Moskvanın Rus İmpressionizmi Muzeyində 8-ci dünya çempionu Mixail Talın xatirə turnirində iştirak edəcək.

Allsport.az saytı xəbər verir ki, yarışda həmyerlimizin rəqibləri Vladimir Kramnik (2800), Sergey Karyakin (2763), Peter Svidler (2760), Aleksandr Qrişuk (2767), Yan Nepomnyaşi (2751), Daniil Dubov (hamısı – Rusiya; 2694), Hikaru Nakamura (ABŞ; 2781), Vişvanatan Anand (Hindistan; 2779) və Boris Gelfand (İsrail; 2697) olacaqlar.

Superturnirin açılışı martın 1-də olacaq. Ayın 2-4-də rapid və 5-də blits üzrə seçmə start partiyalarının yekunlarına görə daha 4 iştirakçı əlavə olunacaq. Moskva qrossmeysterimizin dünya şahmat tacına iddiaçıların Berlin turniri ərəfəsində sonuncu sınaq olacaq.

Həmin kateqoriyadan