İtaliya və Türkiyəyə qarşı kimlər çıxış edəcək?

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.

Allsport.az xəbər verir ki, kişilərdən Şəhriyar Məmmədyarov və Raud Məmmədov ağ, Teymur Rəcəbov və Rauf Məmmədov qara fiqurlarla oynayacaq. Qadınlarda Günay Məmmədzadə və Xanım Balacayeva ağ, Gülnar Məmmədova və Gövhər Beydullayeva qara fiqurlarla oynayacaq. 

Şahmat, Avropa çempionatı, 1-ci tur
Kişilər

Azərbaycan – İtaliya

Şəhriyar Məmmədyarov – Daniel Vokaturo
Teymur Rəcəbov – Luka Moroni
Qədir Hüseynov – Françesko Sonis
Rauf Məmmədov – Alessio Valçesi

Qadınlar
Azərbaycan – Türkiyə

Günay Məmmədzadə – Sila Çağlar
Gülnar Məmmədova – Busə Naz Qoçigid
Xanım Balacayeva – Gülənay Aydın
Gövhər Beydullayeva – Çiğdəm Onur

Görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan