Şahmat tacına iddiaçıların turnirinə 5 iştirakçının adı məlumdur

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalçıları – rusiyalı qrossmeysterlər Sergey Karyakin və Pyotr Svidler şahmat tacına iddiaçıların turnirinə vəsiqə qazanıblar. Allsport.az saytı xəbər verir ki, turnirdə ümumilikdə 8 nəfər oynayacaq.

Bu il paytaxtımızda keçirilən Dünya Kubokunun qalibi və finalçısından başqa, turnirdə 2014-cü ildə dünya çempionu adı uğrunda matçın iştirakçısı olmuş Hindistan şahmatçısı Vişvanatan Anand, qran-pri seriyasının yekunlarına görə amerikalı Hikaru Nakamura və italiyalı Fabiano Karuana, FİDE versiyası üzrə ən yüksək reytinqə malik olan iki şahmatçı və təşkilatçıların fərdi qaydada dəvət etdiyi daha bir şahmatçı iştirak edəcək.

İddiaçıların turniri 2016-cı il martın 9-dan 28-dək keçiriləcək və şahmat üzrə dünya tacı matçında norveçli Maqnus Karlsenin rəqibini müəyyən edəcək.

Həmin kateqoriyadan