Şahmat ulduzları Şəmkir Zəka Gənclər Mərkəzində yeniyetmə şahmatçılar üçün seans keçirdi

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturnirinin iştirakçıları bu rayonda yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmə şahmatçılar üçün seans keçirib.

Allsport.az saytının məlumatına görə, həmin görüşdə həmyerlimiz Şəhriyar Məmmədyarov, çinli dünya çempionu Hou Yifan, Rusiya təmsilçisi Sergey Karyakin, Niderland adından çıxış edən Aniş Giri  və italiyalı Fabiano Karuana iştirak ediblər.

Maraqlıdır ki, yeniyetmələrlə görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıb. Yalnız Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 11 yaşlı Əli Əmrahlıya heç-heçə təklif edərək yeniyetmənin sevinməsinə şərait yaradıb.

Həmin kateqoriyadan