Avropa çempionları Vətəndə!

Rumıniyada yeniyetmələrin Avropa çempionatında uğur qazanan Azərbaycan şahmatçıları Vətənə qayıdıblar. 

Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda onları federasiya rəsmiləri, mətbuat nümayəndələri və yaxınları qarşılayıblar.

Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal qazanıb. Yekunda Azərbaycan komanda hesabında da hamını qabaqlayaraq birinci yeri tutub.

Həmin kateqoriyadan