Şahmat üzrə ölkə çempionatının mükafatçıları

Şahmat üzrə ölkə çempionatının mükafatçıları

Qadın şahmatçıların Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal toplayıb və karyerasında ilk dəfə 1-ci yer tutub.

Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib, 4,5 xalla karyerasında ilk dəfə çempionatın mükafatçısı olub.

Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edib, 4 xal ilə yarışı 3-cü pillədə başa vurub.

Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova bu dəfə yarışda 4-cü olub.

Dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 400 manat təşkil edib. Qalib 4000 manat pul mükafatı əldə edib.

Həmin kateqoriyadan