Şahmatçılar fəxri xiyabanda

“Vüqar Həşimov xatirəsi – 2023” superturnirinin iştirakçıları II fəxri xiyabanda Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

Allsport.az xəbər verir ki, ziyarətdə şahmat federasiyasının prezidenti Mahir Məmmədov, yarış iştirakçıları, federasiya üzvləri, şahmatçılar və təşkilat komitəsinin nümayəndələri iştirak ediblər.

İştirakçılar Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın məzarı önünə gül dəstələri qoyublar.

Həmin kateqoriyadan