Şahmatçılar İtaliyaya yollandı

Noyabrın 13-də İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşlı qız və oğlanlar arasında dünya birinciliyinə start veriləcək.

Allsport.az xəbər verir ki, mötəbər yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.

Dünya birinciliyində Azərbaycanı Şiroğlan Talıbov, Aqil İsrailov, Hüseyn Seyid, Rüstəm Rüstəmov, Tunar Davudov, Ziya Həsənli, Ayan Allahverdiyeva, Səmra Qasımova, Nurtən Nuriyeva, Selcan İsmayıl, Lalə Hüseynova təmsil edəcək.
Azərbaycan şahmatçılarından ibarət komandaya məşqçi Fərid Abbasov rəhbərlik edir.
Qeyd edək ki, yarışa noyabrın 25-də yekun vurulacaq.

Həmin kateqoriyadan