Şahmatçılarımız 1300 avroluq turnirə qatılır

Bu gün Fransanın Orsay şəhər merinin təşkilatçılığı ilə “La ville d’Orsay” onlayn şahmat turniri start götürəcək. Allsport.az xəbər verir ki, 294 şahmatçının mübarizəyə qoşulacağı yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Fransada yaşayan həmyerlimiz və turnirin təşkilatçılarından biri olan Namiq Quliyev, Kənan Qarayev, Nərmin Xələfova, İdris Əsədzadə, Xan və Səid Əliyarlılar təmsil edəcəklər.

Bundan əlavə, yarışda ABŞ şahmatçısı Qata Kamskiy, fransalı Maksim-Vaşye Laqrav, iranlı Parham Maqsudlu, Gürcüstan təmsilçiləri İvan Çeparinov və Baadur Jobava kimi tanınmış şahmatçılar da iştirak edəcəklər.

Turnir İsveçrə sistemi üzrə oynanılacaq və 11 turdan ibarət olacaq. “Tournoi d’échecs La ville d’Orsay” turnirin mükafat fondu 1300 avrodur.

Həmin kateqoriyadan