- Baxış sayı: 40
- 03 May 2024 13:15
- Baxış sayı: 76
- May 03, 2024
- 0
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci turun təqvimi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşacaq. 2-ci komanda Litvanı, 3-cü Belarusu sınağa çəkəcək. Favoritlərdən Rusiya Türkmənistanla, ABŞ Şotlandiya ilə, Çin Belçika ilə, Ukrayna isə Albaniya ilə üz-üzə gələcəklər.
Qadınlardan ibarət əsas millimizin rəqibi Meksikadır. 2-ci Monqolustan, 3-cü kollektivimiz Türkiyə ilə qarşılaşacaq. Favoritlərdən Çin Monteneqronu, Ukrayna Moldovanı, Rusiya Ekvadoru, Gürcüstan Filippini, Hindistan isə Braziliya çahmatçıları ilə görüşəcək.