- Baxış sayı: 29
- 14 Noyabr 2024 17:52
- Baxış sayı: 53
- Noyabr 14, 2024
- 0
Dekabrın 5-6-da Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, ölkəmizi qitə çempionatında 4 şahmatçı təmsil edəcək. Təmsilçilərimizdən 2-si – Qədir Hüseynov (2705) və Rauf Məmmədov (2661) turnirin reytinq favoritləri hesab olunurlar. Qədir Hüseynov turnirin reytinq favoritləri arasında 2-ci, Rauf Məmmədov isə 6-cı pillədədirlər.
Turnirdə iştirak edəcək digər idmançılarımız Rəfael Bayramlı start reytinqində 431-ci, Yusif Kərimli 439-cudur.
34 ölkədən 474 şahmatçının (onlardan 47-si qrossmeysterdir) qatılacağı yarış İsveçrə sistemi üzrə keçiriləcək və 13 turdan ibarət olacaq.