- Baxış sayı: 91
- 07 Avqust 2026 11:54
- Baxış sayı: 203
- Avqust 05, 2026
- 0

Soçidə şahmat üzrə dünya kuboku start götürüb. Allsport.az xəbər verir ki, Vasif Durarbəyli 1/128 finalda Finlandiyanı təmsil edən Dmitri Sklyarovla heç-heçə edib.
Şəhriyar Məmmədyarov və Nicat Abasov 1/64 final mərhələsindən mübarizəyə başlayacaqlar.
Türkan Məmmədyarova 1/64 finalda kubalı Tereza Ordaz Valdez ilə heç-heçə edib, Gülnar Məmmədova estoniyalı Mai Narvaya qalib gəlib, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padminiyə uduzub.
Günay Məmmədzadə isə mübarizəyə 1/32 final mərhələsindən qoşulacaq.
Dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.