Şahmatçılarımız erməniləri məğlub edərək turnirin qalibi oldu

Onlayn təşkil olunan klublararası turnirdə “Vüqar Həşimovun dostları” komandası qalib olub. Allsport.az xəbər verir ki, komandamız 1/4 finalda Serbiya, yarımfinalda isə Amerika şahmatçılarından üstün olub.

“Vüqar Həşimovun dostları” həlledici görüşdə Ermənistan komandasından üstün olub və turnirin qalibi adını qazanıb.

Komandamızda Qədir Huseynov, Rauf Məmmədov, Vüqar Rəsulov, Zaur Məmmədov, Nicat Abasov, Misrəddin İsgəndərovun yer alıb.

Həmin kateqoriyadan