Şahmatçılarımız Gürcüstan millisinə qarşı

İspaniyanın Sitjes bölgəsində təşkil olunan qadın şahmatçılar arasında dünya çempionatında bu gün 1/4 final matçları keçiriləcək. Allsport.az xəbər verir ki, “A” qrupunun dördüncüsü kimi mərhələ adlayan Azərbaycan yığması “B” qrupunun birincisi Gürcüstan komandası ilə üz-üzə gələcək.

Digər yarımfinalçıların adına isə Rusiya – Amerika, Ukrayna – Ermənistan və Hindistan – Qazaxıstan duellərindən sonra aydınlıq gələcək.
Tərəflər arasında iki rapid partiyası baş tutacaq. Bərabərlik olacağı təqdirdə blits oynanılacaq.

Komandamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyeva yer alıb.

Qeyd edək ki, 8-ci dəfə təşkil olunan komandalarası dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.

Dünya çempionatı
1/4 final 

17:00. Azərbaycan – Gürcüstan

Həmin kateqoriyadan