3-cü turda 4 oyunda sülh

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.

Allsport.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 3-cü turda ağ fiqurlarla mübarizə aparıb.

3-cü turda 4 partiya bərabərliklə yekunlaşıb. Millimizin üzvü Ülviyyə Fətəliyeva görüşü qələbəylə başa vurub – 3:2.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq. Yekunda ümumi xal toplanaraq nəticə elan olunacaq.

Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır və FİDE reytinqində hesablanacaq.

Həmin kateqoriyadan