- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Soçidə şahmat üzrə dünya kuboku yarışları davam edir. Allsport.az xəbər verir ki, yarışın üçüncü mərhələsinin ilk partiyaları oynanılıb.
1/32 finalda Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə heç-heçə ediblər, Şəhriyar Məmmədyarov isə ermənistanlı Haik Martirosyana məğlub olub.
Günay Məmmədzadənin iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədovanın isə almaniyalı Elizabet Paets ilə 1/16 finalda oyunları da heç-heçə ilə nəticələnib.
Dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.