- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İyunun 7-də “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin 3-cü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyirlər.
Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Boqdan-Daniel Dyakla, Teymur Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla mübarizə aparıblar. Hər iki şahmatçımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Təmsilçilərimizin əvvəlki qarşılaşmaları da bərabərlik şəraitində yekunlaşıb.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.