Şahmatçılarımız qitə çempionatının gümüş medallarını qazandı

Xorvatiyanın Poreç şəhərində yeniyetmələrin Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, 8-18 yaşadək şahmatçıların ayrı-ayrı yaş qrupları üzrə mübarizə apardığı mübarizə, 9 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilib.

Ümumilikdə, 25 Azərbaycan şahmatçısının mübarizə apardığı çempionatın finişində təmsilçilərimizdən 3-ü fəxri kürsüyə yüksələ bilib. On yaşadək qızlar arasında mübarizə aparan Ayan Allahverdiyeva aktivinə 7 xal yazaraq gümüş medala sahib olub. Gövhər Beydullayeva isə 12 yaşadək qızların yarışında 2-ci yeri tutub.

Ölkəmizə 3-cü gümüş medalı isə 8 yaşadək oğlanların çempionatında mübarizə aparan Riad Səmədov qazandırıb. Eyni yaşlı qızların mübarizəsində Nurtac Heydərli 4-10-cu yerləri bölüşdürərək yarışı 6-cı pillədə tamamlayıb. Nərmin Məmmədova 5,5 xalla 18 yaşadək qızlar arasında 8-12-ci yerləri bölüşdürüb. Aydın Süleymanlı isə 6,5 xalla 10 yaşlı oğlanların yarışında 6-cı olub.

 

Həmin kateqoriyadan