- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün 2-ci turun görüşləri keçiriləcək.
Allsport.az xəbər verir ki, ilk turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları daha güclü rəqiblərlə üz-üzə gələcəklər.
Kişilərdən ibarət komanda Serbiya ilə qarşılaşacaq. Qadın yığması isə İsveçlə üz-üzə gələcək.
İlk turdan kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib – 4:0.
Turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.