Şahmatçılarımızdan uğursuz start

Azərbaycan şahmatçıları Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli və Aydın Süleymanlı Latviyanın paytaxtı Riqada keçirilən “Grand Swiss 2021” turnirində mübarizəyə başlayıb.

Allsport.az xəbər verir ki, onların hər biri ilk görüşlərini məğlubiyyətlə başa vurublar.

Məmmədov startda özbəkistanlı Nodirbek Yakubboyevə, Abbasov Fransanı təmsil edən Alireza Firuzcaya, Durarbəyli iranlı Parham Maqsudluya, Süleymanlı isə xorvatiyalı İvan Sariçə uduzub.

“Grand Swiss” turnirinə noyabrın 8-də yekun vurulacaq.

Həmin kateqoriyadan