Şahmatçılarımızın rəqibləri müəyyənləşdi

Moskvada rapid üzrə dünya çempionatı start götürəcək. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov macarıstanlı Robert Ruç, Eltac Səfərli rusiyalı Ruslan Şerbakov, Qədir Hüseynov isveçli Pontus Karlson, Rauf Məmmədov israilli Aleksandr Huzman, Namiq Quliyev qazaxıstanlı Murtas Kazqalayev, Aydın Süleymanlı rusiyalı Vladimir Belovla mübarizə aparacaq.

Qadın şahmatçıların yarışında Ülviyyə Fətəliyeva çinli Zhongyi Tan, Gülnar Məmmədova rusiyalı Anastasiya Bykova, Türkan Məmmədyarova rusiyalı Tatyana Bogumil, Günay Məmmədzadə rusiyalı Mariya Yakimova, Zeynəb Məmmədyarova isə çinli Yuxin Songla görüşəcəklər.

Rapid yarışları 2 gün davam edəcək. Daha sonra isə blits turniri keçiriləcək. Turnir dekabrın 30-da başa çatacaq.

Həmin kateqoriyadan