“Şahmatçılarımızın uğurlu çıxışının davam edəcəyinə inanırıq”

“Şahmatçılarımızın uğurlu çıxışının davam edəcəyinə inanırıq”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycan şahmat federasiyasının baş katibi İlahə Qədimova yeniyetmələrin Rumıniyada baş tutan Avropa çempionatında 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanması ilə bağlı danışarkən deyib.

O, bu yarışda 7 medalın əldə olunmasını böyük uğur hesab edib: “Bunlardan dördünün qızıl olmasını xüsusi qeyd etmək istərdim. Bizim şahmatçılar əvvəllər heç vaxt qitə çempionatında 4 qızıl medal qazanmayıb. Bu ilkdir, tarixi uğurdur. Federasiyanın son illər gördüyü sistemli işin nəticəsidir. Bu münasibətlə şahmatçıları, onların məşqçilərini, valideynlərini təbrik edirəm. Gələn ay şahmatçılarımız yeniyetmələr arasında dünya çempionatına yollanacaqlar. Rumıniyadan sonra dünya çempionatında da uğurlu çıxış edəcəklərinə inanırıq”.

Xatırladaq ki, Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Əhməd Xaqan, Rüstəm Rüstəmov qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal əldə edib.

Həmin kateqoriyadan