Şahmatçılarımızın yeni reytinqi

FIDE növbəti reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Teymur Rəcəbov 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pillədə qərarlaşıb.

Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü, Rauf Məmmədov 91-ci pillədə yer alıb. Reytinq cədvəlinə norveçli Maqnus Karlsen başçılıq edir.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə 29-cu, Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva 86-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan