Şahmatçılarımızın yeni reytinqi

FIDE şahmatçıların aprel ayı üçün reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, Teymur Rəcəbov 2765 xalla 9-cu pillədəki mövqeyini qoruyub.

Şəhriyar Məmmədyarov da ötən reytinqdə olduğu kimi 11-ci pillədədir (2764 xal). Qədir Hüseynov 72-ci (2665), Nicat Abasov 74-cü(2664), Rauf Məmmədov 90-cı (2654) yerdə qərarlaşıblar.

Siyahıda son dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir (2863). Amerikalı Fabiano Karuana 2-ci (2835), çinli Liren Dinq (2791) 3-cüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə 29-cu (2443), Gülnar Məmmədova 77-ci (2382), Xanım Balacayeva 86-cı (2376) yerdədirlər.

Həmin kateqoriyadan