Şahmatçılarımızın yeni reytinqi

Beynəlxalq şahmat federasiyası (FIDE) yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Teymur Rəcəbov 2765 xalla 9-cu pillədə qərarlaşıb.

Şəhriyar Məmmədyarov isə 2764 xalla 11-ci pillədə qalıb. Qədir Hüseynov və Nicat Abbasov bir pillə irəliləyib. Hüseynov 71-ci, Abbasov isə 73-cü pillədə qərarlaşıb. Rauf Məmmədov isə bir pillə geriləyərək, 92-ci pillədə yer alıb.

Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir edir.

Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə 29-cu, Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva isə 85-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan