- Baxış sayı: 39
- 11 Fevral 2025 21:23
- Baxış sayı: 96
- Fevral 10, 2025
- 0
FIDE fevral ayı üçün reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov (2770) 8-ci, Teymur Rəcəbov (2765) 10-cudur.
Nicat Abbasov (2670 xal) 67-ci, Qədir Hüseynov (2666) 72-ci sırada qərarlaşıblar.
Reytinq siyahısına hazırkı dünya çempionu norveçli Maqnus Karlsen (2862) başçılıq edir. Amerikalı Fabiano Karuana (2842) 2-ci, çinli Liren Dinq (2805 xal) 3-cüdür.
Qadın şahmatçılar arasında Günay Məmmədzadə (2455) 28-ci, Gülnar Məmmədova (2386) 75-ci, Ülviyyə Fətəliyeva (2377) 86-cı yerdə qərarlaşıblar.