İlin ilk reytinqi

FİDE yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

Allsport.az xəbər verir ki, noyabr ayı ilə müqayisədə Şəhriyar Məmmədyarov 1 pillə geriləyib. O, 2770 xalla 8-ci  pillədədir.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) da 1 pillə geriləyərək 11-ci pillədə qərarlaşıb.

Nicat Abbasov (2668) 71-ci, Qədir Hüseynov (2666) 74-cü, Rauf Məmmədov (2659) 85-ci pillədədir. Arkadi Naydiç 100-lüyə düşməyib. Siyahıya norveçli Maqnus Karlsen (2872) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2822) 2-ci, Liren Dinq (Çin, 2805) 3-cüdür.

Qadınlarda Günay Məmmədzadə 28-ci (2455), Gülnar Məmmədova (2386) 77-ci, Ülviyyə Fətəliyeva (2377) 87-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan