- Baxış sayı: 44
- 21 Oktyabr 2024 17:33
- Baxış sayı: 64
- Oktyabr 22, 2024
- 0
Azərbaycanlı şahmatçı Məhəmməd Muradlının “Dubai open 2024″də liderliyi davam edir.
Allsport.az xəbər verir ki, təmsilçimiz yarışın 6-cı turunu yarım xalla başa vurub.
Muradlı türkiyəli Yağız Kan Ərdoğmuşla heç-heçə oynayıb. Hesabında 5 xal olan Məhəmməd ən yaxın izləyicisini yarım xal qabaqlayır.
Azərbaycanlı şahmatçıların duelində Gövhər Beydulayeva Eltac Səfərliyə uduzub. Rəvan Əliyev, Gülnar Məmmədova və Günay Məmmədzadə turu heç-heçə ilə başa vurublar. Xanım Balacayeva isə məğlubiyyətlə üzləşib.