Samir Əliyev: “Futbolçuların çoxunu yaxından tanımırıq”

Antalyada təlim-məşq toplanışında olan U-19 millimizin baş məşqçisi Samir Əliyev “Alanyaspor” klubunun müvafiq yaş qrupuna qarşı keçirilmiş oyundan (4:2) sonra açıqlama verib. Allsport.az xəbər verir ki, o, qələbəni şərh edib:

“Çalışdıq ki, bütün futbolçuları sınaqdan keçirək, onları yoxlayaq. Çünki yeni komandadır, futbolçuların çoxunu yaxından tanımırıq. Bizim üçün yaxşı təcrübə oldu. Bu da gələcəkdə nələrə diqqət yetirməyimizə, hansı mövqeləri gücləndirməyimizə əsas verir. Qarşıda iki oyunumuz var.

Şimali Makedoniya millisi ilə oyunlarda da çalışacağıq ki, layiqli çıxış edək. Mart-aprel aylarında optimal heyət formalaşdırmağa çalışacağıq. Oktyabr ayında Moldovada Avropa çempionatının seçmə oyunlarında ev sahibi komanda ilə yanaşı, Yunanıstan və Fransa ilə qarşılaşmalarımız var. Məqsədimiz nizam-intizamlı, mübariz bir komanda formalaşdırmaqdır”.

Həmin kateqoriyadan