- Baxış sayı: 26
- 19 İyun 2026 20:30
- Baxış sayı: 28
- İyun 19, 2026
- 0

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DK-2022-də imkanları dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, 65 yaşlı italiyalı mütəxəssis açıqlamasında durumu belə izah edib:
“Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk 2 yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək.
Biz 5-ciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz”.
“A” qrupunda yer alan Azərbaycan millisi 0 xalla sonuncudur.